Lukaşenko: "Belarusda məni əvəz edə biləcək çoxlu insan var"
Dünya
19.04.2026 13:32
"Ölkədə gələcəkdə rəhbərlik edə biləcək kifayət qədər bacarıqlı şəxslər var".
TodayPress TV xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko "RT"yə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, Belarusda hakimiyyəti davam etdirə biləcək “normal insan”ın seçilməsi xalqın qərarından asılı olacaq. Lukaşenko vurğulayıb ki, son söz həmişə vətəndaşlara məxsusdur.
Qərbdə yayılan fikirlərə münasibət bildirən prezident bu iddiaları tənqid edərək, belə düşüncələrin əsassız olduğunu deyib.
Lukaşenko daha əvvəl kiçik oğlu Nikolayı öz varisi kimi görmədiyini açıqlamışdı. O, həmçinin yenidən prezidentliyə namizəd olmaq planının olmadığını və hakimiyyətdə uzun müddət qaldığını etiraf edib.
Türkan İsgəndərli
tag: Lukaşenko,Belarus,Prezident,Namizəd,Todaypress.tv,
