Lukaşenko: "Belarus ideoloji müharibə aparır"

Dünya

09.04.2026 15:25

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəyə qarşı müharibə aparıldığını və bunun hazırda ideoloji cəbhədə getdiyini bildirib.

TodayPress TV xəbər verir ki, "BelTA" məlumat yayıb.

Onun sözlərinə görə, bu mübarizə hələlik informasiya və ideologiya sahəsində davam edir və Belarus bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Lider həmçinin prezident administrasiyasında aparılan kadr dəyişikliklərini, o cümlədən yeni informasiya və mədəniyyət nazirlərinin təyinatını ideoloji müharibə ilə əlaqələndirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Belarus,Lukaşenko,Müharibə,Cəbhə,Todaypress.tv,