Lukaşenko ABŞ-yə şərtlərini açıqladı

Dünya

19.04.2026 12:25

Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, ölkəsi ABŞ ilə böyük bir razılaşmaya hazırdır.

TodayPress TV xəbər verir ki, o, bu barədə “RT” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu razılaşma hər iki ölkənin təklifləri nəzərə alınmaqla hazırlanmalıdır.

Prezident qeyd edib ki, Belarusun amerikalılarla həll edilməli daha böyük məsələləri var. Dövlət başçısı vurğulayıb ki, bu razılaşmada hər iki tərəfin maraqları nəzərə alınmalıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Belarus,ABŞ,Razılaşma,Lukaşenko,Todaypress.tv,