Lukaşenko 14 məhkumu əfv etdi

Lukaşenko 14 məhkumu əfv etdi
21.06.2025 21:55 Dünya

Belarus prezidenti Aleksandr Lukaşenko keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovskini humanitar səbəblərlə əfv edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont "TASS"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Lukaşenko ümumilikdə 14 məhkumu əfv edib. Bu qərar ABŞ prezidentinin xahişi ilə verilib və əsasən əcnəbiləri əhatə edir.

Onlar arasında iki Yaponiya, üç Polşa, iki Latviya, eləcə də Estoniya, İsveç və ABŞ vətəndaşları var. 

Sergey Tixanovskinin azadlığa buraxılması isə prezidentin ailənin birləşməsini təmin etmək məqsədilə verdiyi humanitar qərarla əlaqələndirilib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər