Los-Ancelesdə etirazlar zamanı iki polis xəsarət aldı

Los-Ancelesdə etirazlar zamanı iki polis xəsarət aldı
09.06.2025 15:30 Dünya

Kaliforniya ştatının Los-Anceles şəhərində qeyri-qanuni miqrantların kütləvi saxlanılmasına qarşı keçirilən etiraz aksiyası zamanı iki polis əməkdaşı xəsarət alıb.

TodayPress TV xəbər verir ki, yerli polisin “X” platformasında yaydığı məlumata görə, iki motosikletçi təhlükəsizlik kordonunu yarmağa cəhd edib və bu zaman iki polis əməkdaşını vurub.

Hadisə yerində hər iki motosikletçi saxlanılıb. Xəsarət alan hüquq-mühafizə orqanı əməkdaşlarına ilkin tibbi yardım göstərilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər