Livanın cənubunda silahlı toqquşma: İsrail zabiti öldürüldü
Ötən gecə Livanın cənubunda "Hizbullah" üzvü ilə baş verən silahlı toqquşma nəticəsində İsrail Müdafiə Ordusunun (SAXAL) bir zabiti öldürülüb.
TodayPress TV xəbər verir ki, həlak olan 21 yaşlı hərbçi David Hazut "Qolani" briqadasının 12-ci batalyonunda taqım komandiri vəzifəsində xidmət edib.
Bildirilib ki, gecə saatlarında "Qolani" briqadasının hərbçiləri Deyr-Sirian kəndində yerləşən tikililərdən birinə daxil olarkən "Hizbullah" üzvü ilə silahlı qarşıdurma baş verib. Atışma zamanı David Hazut ölüb, daha bir İsrail hərbçisi isə yüngül xəsarət alıb.
Yaralı hərbçi xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.