Livanda dağıdılan evlərin sayı AÇIQLANDI

Livanda dağıdılan evlərin sayı AÇIQLANDI
22.06.2026 23:30 Dünya

İsrailin hava hücumları Livanın cənubundakı mənzillərə 1,38 milyard dollar birbaşa ziyan vurub.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin "İnkişaf Proqramının “X”-də yayılan hesabatında qeyd olunub.

"İsrailin hücumları nəticəsində Livanın cənubunda 11095 bina tamamilə dağıdılıb, 2242 bina qismən zədələnib, 5219 bina isə kiçik ziyan görüb", - hesabatda deyilir.

Sosial İşlər Nazirliyinin məlumatına görə, Livanda hərbi əməliyyatlar nəticəsində didərgin düşənlərin sayı 963497 nəfərə çatıb ki, bu da ümumi əhalinin 16%-ni təşkil edir.

160.000-dən çox vətəndaş isə tamamilə evsiz qalıb.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər