Livana endirilən zərbələrdə ölənlərin sayı 300-ü keçdi

Livana endirilən zərbələrdə ölənlərin sayı 300-ü keçdi
10.04.2026 18:45 Dünya

İsrailin 8 aprel tarixində Livan ərazisinə endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı 303-ə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "RT"nin Livan bürosu məlumat yayıb.

Məlumata görə, hücum Beyrut şəhərində sıx məskunlaşmış yaşayış ərazisinə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilib və mülki şəxslərin təxliyəsi üçün imkan verilməyib.

Bildirilir ki, zərbələr adi hərbi hədəflərdən kənarda yerləşən ərazilərə də dəyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər