Livan ordusundan bəyanat: Ordu komandanı Pakistana səfər edir
Livanın ordu komandanı general Rudolf Heykal Pakistana səfər edir.
TodayPress TV xəbər verir ki, bu barədə Livan ordusu məlumat yayıb.
Bildirilib ki, general pakistanlı həmkarı, marşal Asim Munir tərəfindən dəvət olunub.
Qeyd edək ki, bu səfər, Pakistanın ABŞ-İsrailin İrana qarşı müharibəsini dayandırmaq üçün danışıqlarda vasitəçilik səylərini davam etdirdiyi bir vaxta təsadüf edir.
Aysel Mətləb