Livan atəşkəs olmadan İsrail ilə danışıqlar aparmayacaq

Livan atəşkəs olmadan İsrail ilə danışıqlar aparmayacaq
10.04.2026 00:42 Dünya

Livan hakimiyyəti əvvəlcədən atəşkəs elan edilmədən İsraillə heç bir danışıqlar aparmaq niyyətində deyil.

TodayPress TV xəbər verir ki, bu barədə adı açıqlanmayan Livan rəsmisi "CNN"ə bildirib.

Mənbənin sözlərinə görə, atəş altında heç bir danışıqlar aparılmayacaq.

Livanın “L'Orient-Le Jour” qəzeti də Beyrutun mövqeyini təsdiqləyərək, istənilən danışıqlardan əvvəl atəşkəsin elan edilməli olduğunu yazıb.

Bildirilib ki, Beyrut iki həftəlik atəşkəsi nəzərdə tutan və bundan sonra 72 saat ərzində müzakirələrin başlanmasını ehtiva edən “Pakistan danışıqlar formulu”nu dəstəkləyir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər