Litvada “Leopard” tanklarının müəssisələrdə yığılması planlaşdırılır

Litvada “Leopard” tanklarının müəssisələrdə yığılması planlaşdırılır
10.06.2025 11:47 Dünya

Litva Almaniyadan sifariş verdiyi “Leopard” tanklarının ölkə ərazisində yığılmasını planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Baltikyanı respublikanın müdafiə naziri Dovile Şakaliene "BNS" agentliyinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, yaxın həftələrdə tank istehsalçısının nümayəndələrinin Vilnüsə səfəri gözlənilir.

“Tankların Litvadakı müəssisələrdə yığılması ilə bağlı detalları razılaşdırmağı planlaşdırırıq”, – deyə Şakaliene qeyd edib.

Nazir əlavə edib ki, bu yay Litva zirehli texnikanın alınması üzrə müqavilə çərçivəsində avans ödəyəcək:

“Bu, texnikanın alınmasını təxminən 4 il sürətləndirməyə imkan verəcək”.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər