Litva minalanma sistemlərinə vəsait ayıracaq

Dünya

09.02.2026 16:36

Litva növbəti 10 il ərzində tank əleyhinə minalar və digər minalama sistemlərinin alınmasına 800 milyon avrodan (təxminən 860 milyon ABŞ dollar) çox vəsait xərcləməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Litvanın müdafiə naziri Robertas Kaunas bildirib.

Nazirin sözlərinə görə, 2035-ci ilə qədər 812 milyon avro (təxminən 875 milyon dollar) dəyərində mina arsenalının əldə olunması ilə bağlı siyasi qərarın icrası üçün Ukrayna və Polşa ilə bu sursatların istehsalı və alınması barədə danışıqlar aparılır.

Kaunas qeyd edib ki, silahlanma planına əsasən, 2029-cu ilə qədər ümumi miqdarın 60 faizi alınacaq. Bu isə təxminən 170 min tank əleyhinə mina deməkdir.

Bildirilib ki, planlaşdırılan xərclərin hamısı Litvanın öz büdcəsi hesabına ödənilməyəcək. Belə ki, SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) fondundan bu məqsədlə 189 milyon avro, yəni təxminən 203 milyon dollar ayrılacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Litva,Tank,Vəsait,ABŞ,Todaypress.tv,