Leninqradda fövqəladə vəziyyət - 600-dən çox insan təxliyə olundu

Leninqradda fövqəladə vəziyyət - 600-dən çox insan təxliyə olundu
06.06.2026 16:31 Dünya

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib.

TodayPress TV TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib.

"Pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində Bolşaya İjorada Müdafiə Nazirliyinin obyektində baş vermiş yanğının fəsadlarının aradan qaldırılması davam edir. Hazırda mühafizə zonasından 600-dən çox insan təxliyə edilib, onlardan 325-i müvəqqəti yerləşdirmə məntəqələrindədir", - A.Drozdenko vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kronştadtda yerləşən Hərbi Dəniz Donanmasının bazasına zərbə endirdiyini bildirmişdi.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər