Lavrov və Rubionun telefon danışığı oldu

Lavrov və Rubionun telefon danışığı oldu
12.08.2025 22:00 Dünya

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüşün hazırlıqları ilə bağlı müzakirələr aparıblar.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Lavrov və Rubio danışıqların uğurla keçməsi üçün ortaq əzm nümayiş etdiriblər.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər