Lavrov: “Rusiya və ABŞ-nin münasibətləri indi daha stabildir”

Lavrov: “Rusiya və ABŞ-nin münasibətləri indi daha stabildir”
09.06.2025 19:30 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva ilə Vaşinqton arasında münasibətlər hazırda sabitlik baxımından əvvəlki ABŞ administrasiyasının dövrünə nisbətən daha normal vəziyyətdədir. 

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Lavrov, xüsusilə prezident Vladimir Putin və Cozef Bayden arasında 2021-ci ilin iyununda Cenevrədə keçirilmiş sammitdən sonra ABŞ-nin əvvəlki administrasiyasının Moskva ilə bütün rabitə kanallarını bağladığını bildirib.

“Bayden administrasiyası sammitdən dərhal sonra tam geri çəkildi və dialoqu dayandırdı”, – deyə nazir vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər