Lavrov İranın xarici işlər nazirini ABŞ ilə atəşkəsə riayət etməyə çağırdı

Dünya

20.04.2026 22:00

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya mediası Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıblar.

"Əraqçi Lavrovu ABŞ-nin atəşkəs rejimini pozması, o cümlədən Hörmüz boğazının qanunsuz dəniz blokadası və İran konteyner gəmisinin ələ keçirilməsi ilə bağlı İslam Respublikasının mövqeyi barədə məlumatlandırıb", - deyə bəyanatda bildirilib.

Məlumata görə, Rusiya tərəfi bir daha atəşkəsin qorunmasının vacibliyini vurğulayıb və bunun Pakistan vasitəçiləri tərəfindən əvvəlcə razılaşdırılmış və elan edilmiş parametrlər çərçivəsində riayət edilməli olduğunu bildirib.

Bundan əlavə Rusiyanın İran və Fars körfəzinin ərəb ölkələri arasında qarşılıqlı məqbul razılaşmaların əldə olunmasına köməklik göstərməyə hazır olduğu təsdiqlənib. İran tərəfi Rusiya gəmilərinin və yüklərinin sözügedən su arteriyasından maneəsiz keçidini təmin etmək üçün özündən asılı olan hər şeyi etməyə hazır olduğunu qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: İran,ABŞ,Lavrov,Rusiya,TodayPress TV,