Lavrov: "ABŞ ilə iqtisadi münasibətlərin gələcəyi barədə danışmağın vaxtıdır"
"Amerikalıların Rusiya ilə iqtisadi münasibətlərin gələcəyini necə görmələri barədə ABŞ ilə danışıqlar aparmağın vaxtı çatıb".
TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Enerji dominantlığı məqsədi müəyyən edilib. Buna baxmayaraq, düşünürəm ki, amerikalıların iqtisadi münasibətlərimizin gələcəyini necə gördükləri barədə söhbət üçün gecikmişik. Çünki onlar daim deyirlər: Biz bunu Ukrayna ilə həll edəcəyik və sonra qarşılıqlı faydalı əməkdaşlıq üçün limitsiz imkanlarımız olacaq", - deyə o, Antalya Diplomatik Forumundakı çıxışı zamanı bildirib.
Aysel Mətləb