Laricani Putinlə görüşdü

Laricani Putinlə görüşdü
16.10.2025 21:30 Dünya

Rusiya Prezidenti Vladimir Putin İran Təhlükəsizlik Şurasının (TŞ) katibi Əli Laricanini qəbul edib.

TodayPress TV “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Laricaninin "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, Laricani Putinə İranın ali dini lideri Ayətullah Əli Xameneinin mesajını çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, İran TŞ katibi bu gün Rusiyaya səfər edib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər