Laricani ABŞ-İran danışıqlarından sonra Omana səfər edəcək

Dünya

09.02.2026 16:48

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müşaviri və Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-İran danışıqlarından sonra 10 fevral Omana səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Əli Laricani Oman Sultanlığının yüksək vəzifəli rəsmiləri ilə görüşəcək. Görüşlərdə son regional və beynəlxalq proseslər, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, ötən həftə ABŞ və İran diplomatları Omanın vasitəçiliyi ilə Körfəz regionunda əlaqələr quraraq diplomatik dialoqu bərpa etməyə çalışıblar. Bu təmaslar ABŞ-nin İran sahillərində hərbi mövcudluğunu artırması və Tehranın sərt cavab xəbərdarlıqları fonunda baş tutub.

Danışıqların növbəti mərhələsinin tarixi və yeri hələ açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Xamenei,Oman,ABŞ,Todaypress.tv,