KXDR şərq sahillərinə ballistik raket buraxdı
Dünya
07.11.2025 10:23
Şimali Koreya (KXDR) noyabrın 7-də öz şərq sahilləri istiqamətində dənizə ballistik raket buraxıb. Raketin buraxılışını Cənubi Koreya Ordusu və Yaponiya da təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Cənubi Koreya ordusu raketin tipi və uçuş məsafəsi barədə ətraflı məlumat verməyib. Yaponiya tərəfi isə raketin, çox güman ki, ölkənin iqtisadi zonasından kənarda okeana düşdüyünü bildirib. Yaponiyanın Baş naziri Sanae Takaiçi əlavə edib ki, insident nəticəsində hər hansı zərərin qeydə alınmayıb.
Hadisə Koreya yarımadasında və bütövlükdə regionda gərginliyi artırıb. Cənubi Koreya və Yaponiya vəziyyəti yaxından izləyir, ekspertlər bu addımın yeni diplomatik və hərbi nəticələr doğura biləcəyini istisna etmir.
"Associated Press" yazır ki, Seul, Pxenyan və Vaşinqton arasında danışıqlar çıxılmaz vəziyyətdədir. Nəşr həmçinin qeyd edir ki, KXDR son həftələrdə silah sınaqlarını intensivləşdirib. Ötən ay Pxenyan hipersəs raketləri və qanadlı raketlərin sınağını həyata keçirdiyini iddia edib.
Aysel Mətləb
tag: KXDR,Cənubi Koreya,Yaponiya,Ballistik ,Raket,Todaypress.tv,
