Küveyt hakimiyyəti əhaliyə müraciət etdi

Dünya

07.04.2026 23:50

Küveyt hakimiyyəti əhaliyə müraciət edərək 8 aprelə keçən gecə evdə qalmaları və zəruri hallar istisna olmaqla çölə çıxmamaları barədə çağırış edib.

TodayPress TV  "TASS" a istinadən xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyinin yaydığı xüsusi bəyanatda məlumat verilib.

Bəyanatda qeyd olunur: "Daxili İşlər Nazirliyi sakinləri 7 aprel gecə yarısından 8 aprel səhər saat 06:00-dək zəruri hallar istisna olmaqla evdə qalmağa və küçəyə çıxmamağa israrla çağırır".

Nazirlik vurğulayıb ki, bu müraciət insanların təhlükəsizliyini təmin etmək və hüquq-mühafizə orqanlarının öz vəzifələrini daha effektiv yerinə yetirməsinə şərait yaratmaq məqsədi daşıyır.

TodayPress TV

tag: Küveyt, Əhali, Müraciət, todaypress.tv,