Küveyt 41 gündür uçuşları dayandırıb

Dünya

09.04.2026 09:42

28 fevralda bağlanan Küveyt hava məkanı ən azı daha 12 saat açılmayacaq.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu Yaxın Şərqdə hava nəqliyyatının idarə edilməsi üzrə dairələrdəki mənbə  bildirib.

Mənbə bildirib ki, uçuş qadağası 9 aprel Bakı  vaxtı ilə saat 20:00-a qədər uzadılıb.

Mənbənin sözlərinə görə, “Küveyt aviasiya hakimiyyəti uçuş qadağasını əlavə 12 saat – UTC vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 20:00) qədər uzadıb. Bu isə o deməkdir ki, ölkənin hava məkanı mülki aviasiya üçün artıq 41-ci gündür bağlı qalacaq”. O xatırladıb ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən əmirlikdə uçuşlar 28 fevral səhərindən dayandırılıb.

Qeyd edək ki, ABŞ və İran arasında atəşkəs əldə olunduqdan sonra İraq, Suriya və Bəhreyn hava məkanlarını açıb. Bəhreyn əvvəlcədən razılaşdırılmaqla təyyarələri qəbul etməyə və tranzitə icazə verməyə hazırdır. Qətər və BƏƏ-nin hava məkanında isə hələ də qismən məhdudiyyətlər qüvvədə qalır.

Jalə Rövşən 

TodayPress TV

tag: Küveyt, ABŞ,Yaxın Şərq,ABŞ,Todaypress.tv,