"Kürəkdən vurulan zərbə" - Tramp Ukraynanı satır?

"Kürəkdən vurulan zərbə" - Tramp Ukraynanı satır?
14.10.2026 07:50 Dünya

Avropa liderləri ABŞ Prezidenti Donald Trampın yanacaq qiymətlərini azaltmaq məqsədilə Kiyevə təzyiq göstərmək istəyinin Ukraynanın mövqelərini zəiflədə biləcəyindən ehtiyat edirlər.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Fransalı deputat anonimlik şərti ilə nəşrə açıqlamasında bildirib ki, nazirlər və dövlət başçıları amerikalılar barədə fikirlərini açıq şəkildə ifadə etməsələr də, onların çoxunun düşüncələri fərqlidir.

“Putinlə danışıqlar ukraynalılar üçün kürəyə vurulan növbəti zərbədir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair razılaşmanın əldə olunduğu məlum olub. Razılaşma Rusiya dizel yanacağının dünya bazarına tədarükü üçün müvəqqəti lisenziyanın verilməsini nəzərdə tutur.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər