Kiyevə hücum: Enerji obyektləri vuruldu, elektrik kəsildi - VİDEO

Kiyevə hücum: Enerji obyektləri vuruldu, elektrik kəsildi - VİDEO
14.10.2026 08:07 Dünya

Ukraynanın paytaxtı Kiyevdə baş verən növbəti hücum zamanı güclü partlayışlar və yanğın qeydə alınıb.

TodayPress TV "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, Darnitsa lokomotiv deposunun ərazisində baş verən yanğın nəticəsində alovun parıltısı şəhərin səmasında görünüb.

Məlumata əsasən, Kiyevə hücum Bakı vaxtı ilə saat 06:15 radələrində başlayıb. Rusiya ordusunun “Oniks” və “Zirkon” raketləri, eləcə də “Geran” pilotsuz uçuş aparatları ilə enerji obyektlərinə zərbələr endirdiyi bildirilir.

Nalivaykivka ərazisindəki “Kiyevska” yarımstansiyasında, 5 nömrəli İstilik Elektrik Stansiyasında və Trypilska İstilik Elektrik Stansiyasında partlayışların baş verdiyi qeyd olunur. Zərbələrdən sonra Kiyevin sol sahilində elektrik təchizatında fasilələr yaranıb.

Xatırladaq ki, oktyabrın 13-də də Kiyevdə güclü partlayışlar barədə məlumatlar yayılmışdı. Həmin hücum zamanı hədəfin istilik elektrik stansiyalarından biri ola biləcəyi ehtimal edilirdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər