“Ebola” epidemiyası böyüyür: Konqoda ölənlərin sayı 4 mini keçdi

“Ebola” epidemiyası böyüyür: Konqoda ölənlərin sayı 4 mini keçdi
14.10.2026 08:20 Dünya

Konqo Demokratik Respublikasında “Ebola” virusu səbəbindən ölənlərin sayı 4 381 nəfərə çatıb. Ölkədə ümumilikdə 9 066 yoluxma halı qeydə alınıb.

TodayPress TV xəbər verir ki, “Associated Press” agentliyi bu barədə KDR-in Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, sentyabrın sonunda ölkədə 3 900 ölüm və 8 000 yoluxma qeydə alınmışdı. Son rəqəmlər epidemiyanın miqyasının genişləndiyini göstərir. Ölüm hallarının bir qisminin tibb müəssisələrindən kənarda baş verməsi səhiyyə rəsmilərini narahat edir.

Epidemiya mayın 15-də ölkənin İturi əyalətində elan edilib. Daha sonra virusun digər əyalətlərə və qonşu Uqandaya yayıldığı bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirməsinə görə, epidemiya sürətlə yayılır və əvvəlki böyük “Ebola” epidemiyasının miqyasına çata bilər. Həmin epidemiya 11 mindən çox insanın ölümünə səbəb olmuşdu.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər