İran Hörmüz boğazında yeni taktikə keçir: ABŞ seçkilərinə təsir planı

İran Hörmüz boğazında yeni taktikə keçir: ABŞ seçkilərinə təsir planı
14.10.2026 08:36 Dünya

İran Hörmüz boğazından keçən gəmilərə qarşı yeni taktika tətbiq etməyə başlayıb. Məqsədlərdən biri neft qiymətlərini yüksək saxlamaq və ABŞ-də keçiriləcək ara seçkilərinin nəticələrinə təsir göstərməkdir.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" iki yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İran təxminən 10 gün əvvəl gəmiçilik məhdudiyyətlərini pozduğunu hesab etdiyi gəmilərə qarşı fərqli hücum üsullarından istifadə etməyə başlayıb. Yeni strategiyanın tətbiqindən sonra bu cür hücumların sayında artım müşahidə olunub.

İran rəsmilərindən biri bildirib ki, Tehran ABŞ və müttəfiqlərinin dünya bazarında neft qiymətlərini aşağı salmaq cəhdlərinə mane olmağa çalışır. Yeni taktika ilə bağlı qərarın ölkə rəhbərliyinin ən yüksək səviyyəsində qəbul edildiyi və dövlət strukturları ilə razılaşdırıldığı iddia olunur.

Mənbələr strategiyanın konkret detallarını açıqlamayıblar.

Oktyabrın 11-də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bəyan edib ki, ABŞ Tehranın irəli sürdüyü yeddi şərti yerinə yetirməyənə qədər Hörmüz boğazı açılmayacaq.

Rzayinin sözlərinə görə, Vaşinqton bəzi şərtlərə cavab versə də, digərləri ilə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır. O, İranın boğaza nəzarəti saxlayacağını və bundan iqtisadi fayda əldə edəcəyini də vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər