Kuper: "İranla ABŞ arasında atəşkəs davamlı sülhə çevrilməlidir"
"İranla müharibədə atəşkəsə baxmayaraq, Hörmüz boğazı hələ də normal fəaliyyətə qayıtmayıb".
TodayPress TV xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Antalya Diplomatiya Forumunda "Reuters" agentliyinə bildirib.
O qeyd edib ki, hazırda onlar kritik diplomatik mərhələdədir. Çünki atəşkəs rejimi mövcuddur, amma hələlik boğazdan normal keçid yoxdur.
Nazir atəşkəsin davamlı sülhə çevrilməli olduğunu vurğulayıb.
Kuper əlavə edib ki, su yolunda naviqasiyanın bərpası qlobal iqtisadiyyat üçün təcili bir vəzifədir.
Aysel Mətləb