KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!”

KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!”
16.08.2026 14:53 Dünya

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın gələcək iştirak perspektivləri ilə bağlı qərar “ağlabatan müddətdə” qəbul edilməlidir.

TodayPress TV xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadıkov bildirib.

“Ermənistanın KTMT-də iştirakının perspektivləri ilə bağlı qərarın ağlabatan müddətdə qəbul edilməli olduğunu düşünürük”, - deyə Masadıkov qeyd edib.

Bundan əvvəl Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edilməsi üçün konsensus tələb olunduğunu bildirib.

Onun sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək. Dövlət başçılarının bu məsələni müzakirə etməsi də mümkündür.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər