Kronotski vulkanında kül emissiyası baş verdi

Kronotski vulkanında kül emissiyası baş verdi
04.10.2025 12:00 Dünya

Kamçatkadakı Kronotski vulkanı dəniz səviyyəsindən 9,2 kilometr hündürlüyə çatan küllə püskürüb. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupu (KVERT) tərəfindən “Telegram” kanalında yayımlanıb

"Kamçatka vaxtı ilə saat 11:50-də partlayışlar nəticəsində Kronotski vulkanından kül dəniz səviyyəsindən 9,2 kilometr hündürlüyə qalxıb”, - məlumatda deyilir.

KVERT əlavə edib ki, aviasiya üçün qırmızı həyəcan siqnalı verilib. Bu isə o deməkdir ki, ölkədaxili və beynəlxalq hava səyahətləri risk altında ola bilər.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər