Krım qaranlığa qərq oldu - FOTO
Krımda elektrik enerjisinin tamamilə kəsildiyi iddia edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Lakin bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və səlahiyyətli şəxslər yeni elektrik kəsintisi ilə bağlı açıqlama verməyiblər.
Xatırladaq ki, bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Krımın 10-dan çox rayonunda elektrik enerjisinin verilişində qismən və ya tam fasilələr yaranmışdı. Yerli administrasiya həmin vaxt enerji təchizatının günün sonunadək bərpa ediləcəyini bildirmişdi.
Kübra Musayeva