Kremldən Zelenskiyə çağırış: “Moskvaya gəlsin!”

Kremldən Zelenskiyə çağırış: “Moskvaya gəlsin!”
04.07.2026 20:08 Dünya

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə Konstantinovkada görüş keçirmək təklifinə birbaşa cavab verməyib.

TodayPress TV xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin Zelenskiyə öz mövqeyini artıq çatdırıb.

“Putin hər şeyi deyib və bütün təklifləri irəli sürüb. Dəfələrlə bildirilib ki, Zelenski məsuliyyətli və ciddi danışmağa hazırdırsa - Kiyev rejimi bunun nədən ibarət olduğunu yaxşı bilir - o, hər zaman Moskvaya gələ bilər və orada qəbul ediləcək”, - deyə, Peskov söyləyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 IYUL 2026
Bütün Xəbərlər