Kremldən Zelenskinin sülh təklifinə növbəti reaksiya: "Hadisələri qabaqlamayaq"
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə ünvanladığı açıq məktubun dərci ilə bağlı "hadisələri qabaqlamamağa" çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Çin Media Korporasiyasına verdiyi müsahibədə bildirib.
"Bəyanatların mübadiləsi, Zelenskinin məktubunun dərci və ABŞ Prezidenti Donald Trampın bu məktuba reaksiyasına gəlincə, çox şey demək olar, lakin gəlin hadisələri qabaqlamayaq", - deyə rəsmi qeyd edib.
Xatırladaq ki, Zelenski bundan əvvəl öz saytında açıq məktub dərc edərək Putinə üçüncü ölkədə görüşmək və münaqişəni bitirmək təklifini irəli sürüb. Rusiya Prezidenti isə məktuba reaksiya verərək hələlik belə bir görüşdə məna görmədiyini bildirib.
Aysel Mətləb