Kreml XƏBƏRDARLIQ EDİR: "Vəziyyət tam dəyişdi, qayıdış yoxdur!"

Dünya

07.04.2026 14:05

"Dünya iqtisadi və enerji böhranına daxil olub və bu proses getdikcə dərinləşir".

TodayPress TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qlobal bazarda enerji sahəsində vəziyyət tam dəyişib.

“Dünya artıq ciddi iqtisadi və enerji böhranı yoluna daxil olub və bu böhranın miqyası gündən-günə artır. Enerji bazarında vəziyyət tam dəyişib”, — deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki müharibə fonunda Rusiya enerji resurslarına tələbatın artdığını müşahidə edir:

“Rusiya bu şəraitdə çoxsaylı müraciətlər alır və maksimum fayda əldə etmək üçün danışıqlar aparır”.

Peskov əlavə edib ki, Moskva hazırda Budapeşt və Belqradla enerji tədarükləri məsələsində təmasları davam etdirir.

Qiymət Mahir

tag: Dünya , Kreml,Rusiya ,Enerji,TodayPress TV,