Kreml Ukrayna liderini Moskvaya dəvət edir

Dünya

28.01.2026 17:45

“Ukrayna Prezidenti dialoqa real hazır olduğu təqdirdə, Putin onu Moskvada qəbul etməyə hazırdır”.  

TodayPress TV xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib. 

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə Volodimir Zelenski arasında mümkün şəxsi görüşün müzakirə olunması təşəbbüsü ilə çıxış edib.

“Putin dəfələrlə əgər Zelenski danışıqlara real şəkildə hazır olarsa, Rusiya bu formatı açıq saxlayır və görüşün Moskvada keçirilməsinə hazırdır. Rusiya tərəfi Ukrayna prezidentinin təhlükəsizliyinə də zəmanət verə bilər”, - deyə Uşakov bildirib.

O vurğulayıb ki, Moskva Putinlə Zelenski arasında təmasları istisna etmir, lakin belə danışıqlar diqqətlə hazırlanmalı və konkret, müsbət nəticələrə yönəlməlidir. 

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya ,Tramp ,Uşakov ,Zelenski ,Todaypress.tv,