Kreml Əsəd və Rusiya qoşunları mövzusunda şərhdən yayındı
Dünya
28.01.2026 14:41
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçmiş Suriya Prezidenti Bəşər Əsəd barədə suala cavab verməyib, həmçinin Rusiya qoşunlarının Suriyadan çıxarılması mövzusundan yayınib.
TodayPress TV xəbər verir ki, brifinq zamanı jurnalistlər Peskovdan Rusiya–Suriya arasında Bəşar Əsədin ekstradisiyası ilə bağlı aparılan danışıqlara münasibət bildirməsini xahiş ediblər.
Kreml nümayəndəsi bu mövzunu şərh etməkdən imtina edib. Ardınca Rusiya Silahlı Qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı sual səsləndirilib.
“Rusiya Silahlı Qüvvələrinin Suriyadakı mövcudluğu Müdafiə Nazirliyinin səlahiyyətinə daxildir. Şübhə etmirəm ki, Suriyadakı hərbçilərimizlə bağlı bütün mövzular danışıqlarda müzakirə olunacaq”, — deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriyada keçid dövrünün Prezidenti Əhməd Əl- Şaraa arasında görüş çərşənbə günü, yanvarın 28-də baş tutacaq.
Qiymət Mahir
tag: Rusiya ,Dmitri Peskov,Suriya , Bəşər Əsəd,Todaypress.tv,
