Krasnodarda PUA hücumu: Ölən və yaralananlar var
Ukraynanın Rusiyanın Krasnodar vilayətinə PUA hücumu nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
TodayPress TV yerli mətbuata istinadla xəbər verir ki, hadisə Seversk rayonunda baş verib.
Afipski qəsəbəsində azı 10 fərdi yaşayış evinə ziyan dəyib, evlərdən birində yanğın başlayıb. Bundan başqa, ərazidə yerləşən neft emalı müəssisəsində də yanğın qeydə alınıb.
Hadisənin digər təfərrüatları və zərərin miqyası barədə əlavə məlumat verilməyib.
Türkan İsgəndərli