Kosmosda təkbaşına gəzən yeni planet kəşf edildi
Dünya
04.01.2026 19:18
Kosmosda təkbaşına hərəkət edən yeni planet kəşf edilib.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, astronomlar qalaktikada ulduz ətrafında əmələ gəlib sonra sərbəst qalan Saturn ölçüsündə bir planetin mövcudluğunu təsdiqləyiblər.
Yeni araşdırmada planet həm Yerdən, həm də kosmosdan müşahidə edilərək kütləsi və mövqeyi ölçülüb.
Bu “sərbəst gəzən” planetlər ulduzsuz olduqları üçün işıq yaymırlar və adətən mikrolinza effekti ilə aşkarlanırlar. Tədqiqatçılar planetin kütləsinin Yupiterin təxminən 22 faizi olduğunu və Süd Yolunun mərkəzindən 3000 parsek uzaqlıqda yerləşdiyini bildiriblər.
Alimlər hesab edirlər ki, belə planetlər ulduz sistemi daxilində yaranır, lakin cazibə qüvvələrinin pozulması səbəbindən orbitdən çıxıb qalaktikada sərbəst hərəkət edirlər. NASA-nın gələcək teleskop missiyaları bu tip kəşfləri artıracaq və planetlərin yaranma prosesini daha yaxşı anlamağa kömək edəcək.
Jalə Rövşən
tag: NASA,Planet,Kosmos,Saturn,Todaypress.tv,
