Kos: "Ukrayna 2027-ci ildə Aİ-yə üzv ola bilməz"
Dünya
15.02.2026 12:05
"Ukrayna mövcud qaydalara əsasən 2027-ci ildə Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək".
TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Aİ-nin hazırkı genişlənmə metodologiyasına əsasən Ukraynanın 1 yanvar 2027-ci ildə ittifaqa qoşulması mümkün deyil. Bununla yanaşı, Kos namizəd ölkələrin nailiyyətlərinə əsaslanan üzvlük prosesi ilə geosiyasi çağırışlar arasındakı fərqin aradan qaldırılması yollarının tapılmasının vacibliyini vurğulayıb.
Komissarın sözlərinə görə, Ukraynanın Avropaya inteqrasiyası məsələsi standart genişlənmə prosedurundan kənara çıxır və burada söhbət “Avropanın birləşdirilməsi”ndən gedir. O əlavə edib ki, proses düzgün qurularsa, vahid Avropaya nail olmaq mümkündür.
Qiymət Mahir
tag: Marta Kos ,Münhen ,Avropa,Ukrayna,TodayPress TV,
