Körfəzdə gərginlik: Bəhreyn sülhə çağırış etdi
Dünya
29.04.2026 21:40
Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zayani bu kritik məqamda beynəlxalq birliyi İran böhranı ilə bağlı həll yollarının tapılmasına çağırıb.
TodayPress TV xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində keçirilən iclasına sədrlik edən Əl-Zayani bu barədə diplomatlara bildirib.
O qeyd edib ki, bura İranın mehriban qonşuluq prinsiplərinə və beynəlxalq hüquqa riayət etməsini, dövlətlərin suverenliyinə hörmət göstərməsini, habelə Hörmüz boğazı və digər həyati əhəmiyyətli su yollarında naviqasiya azadlığını təmin edən konstruktiv dialoq daxil olmalıdır.
XİN rəhbəri, həmçinin vurğulayıb ki, İran nüvə, raket və pilotsuz uçuş aparatı proqramlarını dayandırmalı, proksi qüvvələri və silahlı qruplaşmaları silahlandırmaqdan və ya maliyyələşdirməkdən çəkinməli, Bəhreynə, o cümlədən digər Körfəz ölkələrinə və İordaniyaya hücumları dayandırmalıdır.
Aysel Mətləb
tag: Bəhrey,Əl-Zayani,İran,BMT,TodayPress TV,
