Konstantinovka ilə bağlı Rusiya açıqlamalarına zidd görüntülər yayıldı - VİDEO
Konstantinovkadan yayılan videogörüntülərin Rusiya Prezidenti Vladimir Putinin və rəsmi Moskvanın şəhərlə bağlı səsləndirdiyi iddiaları təkzib etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 19-cu Ordu Korpusunun məlumatına əsasən, Konstantinovkaya nəzarət hələ də Ukrayna ordusunun əlindədir. Açıqlamada Rusiya ordusunun hücum qruplarının şəhərə daxil olmaq cəhdlərinin qarşısının alındığı, döyüşlər zamanı isə rus bölmələrinin itkilər verdiyi qeyd olunur.
Sözügedən görüntüləri təqdim edirik: