Kolumbiya Prezidenti Trampa qarşı silaha sarıldı
Dünya
05.01.2026 17:08
Kolumbiya prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq silaha sarılacağını və xalqdan onu qorumağı xahiş edib.
TodayPress TV xəbər verir ki, Petro bunu sosial media səhifəsində açıqlayıb.
Prezident bildirib ki, vətəni naminə yenidən silah götürməyə hazırdır, baxmayaraq ki, 1989-cu il sülh müqaviləsindən sonra silaha toxunmayacağına and içib. O, xalqına böyük inam göstərərək onları hər hansı qanunsuz zorakılıq hərəkətlərindən qorumağa çağırıb. Petro təhlükəsizlik qüvvələrinə də əmr verib ki, xalqa atəş açmasınlar, amma işğalçılara qarşı hərəkət etsinlər.
Dekabr ayında ABŞ Prezidenti Donald Tramp Petrodan Kolumbiyada narkotik istehsalını dayandırmasını tələb etmişdi. Daha sonra Tramp onu kokain istehsal etməkdə günahlandıraraq, 2026-cı il yanvarın 3-də Venesuelaya edilən hücuma bənzər bir əməliyyatın Kolumbiyada da baş verə biləcəyini istisna etməmişdi.
Daha əvvəl Venesueladan olan bir podpolkovnik ABŞ-nin Karakasdakı uğurunun mümkün səbəbini açıqlamışdı.
Jalə Rövşən
tag: Kolumbiya ,ABŞ,Donald Tramp ,Qustavo Petro ,Todaypress.tv,
