Kolumbiya ABŞ-Venesuela gərginliyi fonunda anti-dron qalxanını işə saldı
Dünya
12.01.2026 10:31
ABŞ-nin Venesuelaya hücumlarından sonra Kolumbiya milli anti-dron qalxanının istifadəyə verildiyini elan etdi.
TodayPress TV xəbər verir ki, bu barədə Kolumbiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 6,2 trilyon Kolumbiya pesosu (təxminən 1,6 milyard dollar) dəyərində olan layihə, artan regional təhdidlər fonunda ölkənin hava məkanının müdafiəsini gücləndirməyi hədəfləyir. Proqram, sərhəd ərazilərini, vacib infrastrukturu, hava limanlarını və böyük şəhərləri əhatə edəcək dronların aşkarlanması və zərərsizləşdirilməsi üçün ümummilli sistemin yaradılmasını əhatə edir.
Departament qeyd edib ki, qərar Amerikanın Venesuela hava hücumundan müdafiə obyektlərinə endirdiyi zərbələrdən sonra sürətləndirilmiş şəkildə verilib.
Layihə Kolumbiyanın ölkə tarixində hava məkanının qorunmasına qoyduğu ən böyük investisiya adlandırılır.
Aysel Mətləb
tag: Kolumbiya,Dron ,ABŞ,Qalxan,Todaypress.tv,
