Kofeni yemək vaxtı içmək olmaz

Kofeni yemək vaxtı içmək olmaz
25.06.2025 19:15 Dünya

Kofesevərlər arasında yayılmış bir qida səhvinə diqqət çəkən mütəxəssislər kofeni yeməklə birlikdə içməməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “El Español” nəşri məlumat dərc edib.

Mütəxəssislərin sözlərinə görə, kofe qəbulu xüsusilə bitki mənşəli qidalarla alınan dəmirin orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir:

Kofeni yemək zamanı içməkdən çəkinin. Bu, xüsusilə bitkilərdən alınan dəmirin sovrulmasına mane olur.

Dəmir qaraciyər, qırmızı ət, balıq, paxlalılar, tofu, ispanaq, qoz-fındıq, toxumlar və bütöv dənli məhsullarda mövcuddur.

Əgər ət və heyvan mənşəli məhsullarla birlikdə kofe içmək hələ də mümkünsə, bitki mənşəli məhsullar daha çox "C" vitamini ilə zəngin qidalarla birlikdə qəbul olunmalıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər