Kobaxidze: "Gürcüstan Aİ-yə qoşulmaqda maraqlı deyil"
Dünya
09.02.2026 02:58
“Avropa İttifaqındakı (Aİ) mövcud problemlərə baxmayaraq, avrointeqrasiya Gürcüstanın məqsədi olaraq qalır”.
TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Aİ-də demokratiya, insan haqları, söz və KİV azadlığı kimi dəyərlər dəyərsizləşir və bu tendensiya hazırda da davam edir.
"Biz hadisələrin inkişafını diqqətlə izləməli və Avropa İttifaqının yenilənmək üçün özündə güc tapacağına ümid etməliyik. İttifaqda mənfi tendensiyaların müsbətə doğru dəyişəcəyinə inanırıq. Belə bir halda Gürcüstan, əlbəttə ki, Aİ-yə qoşulmaqda maraqlı olacaq", - Kobaxidze əlavə edib.
Xatırladaq ki, Gürcüstan hökuməti 2024-cü ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bildirib.
Jalə Rövşən
tag: Gürcüstan ,Aİ,İrakli Kobaxidze ,Üzvlük ,Todaypress.tv,
