Kobaxidze: "Aksiyalar məhz çevriliş məqsədi daşıyır"
Tiflisdə oktyabrın 4-də keçirilən aksiyada 5–7 min nəfərin çevriliş məqsədilə iştirak etdiyi bildirilib.
TodayPress TV Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlamasında aksiya zamanı törədilən cinayətlərin hər kəs tərəfindən görüldüyünü və dövlətin buna cavab verəcəyini deyib.
O, zorakılıqda birbaşa iştirak edən şəxslərin hüquqi məsuliyyətə cəlb olunacağını, saxlanılanların sayının artmasının mümkündürlüyünü vurğulayıb və dövlətin belə hallara göz yuma bilməyəcəyini bildirib.
Jalə Rövşən