KİV: İsrail və Livan sülh danışıqları üçün hazırlıqlara başladılar

Dünya

10.04.2026 21:23

İsrail, Livan və ABŞ nümayəndələri keçiriləcək danışıqlara hazırlaşırlar. 

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” məsələ ilə tanış olan İsrail rəsmisinə istinadən məlumat yayıb. 

Rəsmi qeyd edib ki, müzakirələrdə ABŞ-nin Livandakı səfiri Mişel İsa, İsrailin ABŞ-dəkı səfiri Yeçiel Leyter və Livanın ABŞ-dəkı səfiri Nada Moavad iştirak edəcəklər. 

Nəşrin məlumatına görə, danışıqların birinci mərhələsində tərəflər İsrail və Livan arasında birbaşa danışıqlara başlamaq şərtlərini müzakirə edəcəklər. Lakin potensial çətinlik Livanın ilkin atəşkəs tələbi ola bilər İsrail isə “Hizbullah”ın hədəflərinə zərbələr endirməyə davam etmək niyyətindədir. 

Aysel Mətləb

TodayPress TV

tag: İsrail,Livan,ABŞ,Danışıq,TodayPress TV,