KİV: Fransanın yeni Baş nazirinin reytinqi aşağıdır

KİV: Fransanın yeni Baş nazirinin reytinqi aşağıdır
14.09.2025 10:43 Dünya

Bir neçə gün əvvəl Fransanın Baş naziri təyin edilmiş Sebastian Lekornuya əhalinin cəmi 16 faizi etimad göstərir.

TodayPress TV “Figaro”ya istinadla xəbər verir ki, bu barədə "İPSOS"un keçirdiyi rəy sorğusunda bildirilib.

"İPSOS" bildirir ki, bir neçə gün əvvəl istefa vermiş Baş nazir Fransua Bayru hökumət başçısı təyin edilərkən reytinq göstəricisi 20 faiz idi.

Daha əvvəlki baş nazirlərə gəlincə: vəzifəyə gələnədək Qabriel Attala fransızların 37 faizi, Mişel Barnyeyə 34 faizi, Elizabet Borna isə 27 faizi etimad göstərirdi.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər