KİV: Aİ İrana qarşı sanksiyaları genişləndirəcək
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə iki diplomat “Reuters” agentliyinə bildirib.
"Səfirlər arasında siyasi razılaşma əldə edilib ki, İran sanksiyaları rejiminin meyarlarını Hörmüz boğazında naviqasiya azadlığına mane olan şəxsləri və qurumları da daxil etmək üçün dəyişdirəcəyik", - deyə diplomatlardan biri vurğulayıb.
Digər diplomat isə yeni siyahıların hazırlanmasının bir neçə həftə çəkəcəyini bildirib.
Aysel Mətləb