KİV: ABŞ Yunanıstana üç kəşfiyyat təyyarəsi göndərdi
Dünya
23.02.2026 23:20
ABŞ İranla artan gərginlik fonunda Şərqi Aralıq dənizindəki Yunanıstanın Krit adasındakı Xaniya hava bazasına üç “RC-135W Joint Rivet” strateji elektron kəşfiyyat təyyarəsindən ibarət qrup yerləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə “İnterfax” “Flightradar24” aviasiya resursları və “ADS-B Exchange”ə istinadən məlumat yayıb.
Bildirilib ki, təyyarələrdən biri fevralın 23-ü kontinental ABŞ-dən transatlantik uçuşdan sonra gəlib. Digər ikisi isə İrana yaxın yerləşən Qətərdəki Əl-Udeyd aviabazasından köçürülüb.
Məlumata görə, “RC-135” təyyarələri potensial rəqibin silahlı qüvvələrinin fəaliyyətini izləmək, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin radar rejimləri barədə məlumat toplamaq üçün nəzərdə tutulub.
tag: ABŞ,İran,Yunanıstan,Təyyarə,Todaypress.tv,
