KİV: ABŞ İrandan təklif gözləyir
Dünya
17.02.2026 21:50
“ABŞ İranın iki həftə ərzində həll olunmamış məsələlərlə bağlı təkliflər təqdim etməsini gözləyir”.
TodayPress TV “Axios”a istinadən xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalının müxbiri Barak Ravid “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, ABŞ administrasiyası Cenevrədə İranla nüvə dosyesi üzrə keçirilən dolayı danışıqların ikinci raundunu məhsuldar hesab edir və Tehranın iki həftə ərzində qalan məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edəcəyini gözləyir.
Müxbir ABŞ rəsmisinə istinadən bildirib ki, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, lakin hələ də müzakirə edilməli çoxlu detallar qalır. İran tərəfi iki həftə ərzində bəzi həll olunmamış məsələlərin aradan qaldırılması üçün ətraflı təkliflər təqdim edəcəyini qeyd edib.
Aysel Mətləb
tag: ABŞ,İran,Təklif,Danışıq,Todaypress.tv,
